Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105019696 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
ELƏCƏ DƏ BAX: Valyuta hərracı başa çatdı - MƏZƏNNƏ
Birjadan FED.az-a verilən məlumata görə, hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 98.2062 AZN (9.0000%) və 100.1817 AZN (7.9000%) olan 9 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN(8.0000%), orta ölçülmüş qiyməti 100.1425 AZN (7.9215%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18.833.300.00 AZN, yerləşdirilmiş həcmi isə 13.881.000.00 AZN təşkil edilib.
İstiqrazların ödəmə tarixi 8 dekabr 2020-ci ildir. Hərrac iştirakçıları 12 dekabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Dövlət istiqrazları üzrə hərrac keçirildi – NƏTİCƏLƏR
19:06
11 Dek 2018