FED rəsmilərinin "şahin" açıqlamalarından sonra aqressiv faiz artımı siyasətinin davam etdiriləcəyinə dair narahatlıqların artması fonunda dolların yenidən bahalaşdığı müşahidə olunur.
Əgər dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 0.95$ və 1.06$-a kimi ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərədə açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, eləcə də saat 22:35-də İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı investorların diqqət mərkəzində olacaq.
Ötən Həftənin cümə günü 1730$-a kimi bahalaşan qızıl burada müqavimətlə qarşılaşaraq yenidən ucuzlaşmağa başlayıb. Hazırda 1663$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1657$-ın altına düşsə, eniş tendensiyası 1625$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.