Bugün ABŞ-da açıqlanacaq əmək bazarı göstəriciləri - “NFP” göstərici öncəsi dolların dünya birjalarında ucuzlaşdığı müşahidə olunur. Nəticələr proqnozlaşdırılan kimi azalma ilə açıqlanarsa, EUR/USD və GBP/USD cütlüklərində bahalaşma davam edə bilər.
Dollar indeksindəki kəskin geriləmə qızılın qiymətinə dəstək olur. Təhlillərə əsasən 1874 dolların üzərinə yüksələ bilsə, bir unsiya üzrə qiymət 1909 dollara kimi yüksələ bilər.
Kriptovalyuta birjalarında isə bitkoin 30000 dollar həddinin üzərində möhkəmlənə bilsə, 32000 dollara kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.