Cümə günü ABŞ dolları üç həftəlik ardıcıl artım tendensiyasını davam etdirərək son onilliklərin maksimumu 109.75 bənd səviyyəsinə qədər bahalaşıb. Bu bahalaşma avro, funt və yena kimi əsas valyutaların dəyərdən düşməsinin davam edəcəyi ehtimallarını saxlayır.
Bu gün Bakı vaxtı ilə 16.30-da açıqlanacaq Amerikada əmək bazarı haqqında məlumatlardan sonra da dolların alışı davam edə bilər.
Asiya bazarında 1688$ qədər ucuzlaşan qızılda eniş tendensiyasının davam edəcəyi gözlənilir. 1690$ səviyyəsinin qırıldıldığı təqdirdə 1685$ və 1680$ səviyyələrinədək eniş ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.