Dünən ABŞ-da açıqlanana işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı 15 iyulda sona çatan həftədə 228 minə enərək son 2 ayın ən aşağı səviyyəsinə düşüb. Həmçinin ikinci əl ev satışları da iyun ayında aylıq müqayisədə 3.3% azalaraq 5 ayın ən aşağı səviyyəsinə düşüb.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
Mənzil bazarında zəif statistikaya baxmayaraq, işsizlik müavinatı üçün müraciətlərin azalması fonunda dollar indeksi 101 bənd hədlərinə kimi yüksəlib. Nəticədə dollar digər major valyutalar qarşısında bahalaşıb.
Dünən ABŞ-da şirkətlərin açıqladığı ikinci rüb balans hesabatları investorların diqqət mərkəzində olub.
Cümə axşamı ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayan “Tesla” və “Netflix”-in səhmlərindəki ucuzlaşma diqqət çəkib.
Ümumi mənfəət marjı 18.2 faizə qədər azalan “Tesla”-nın səhmləri 10%-ə yaxın, gəlirləri analitiklərin proqnozlarının altında açıqlanan “Netflix”-in səhmləri isə 8%- dən çox ucuzlaşıb.
Qeyd edək ki, “Buğalar” DXY-da qiyməti 100 bənd səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendesiyası davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.