ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə əsasən Konqresə kimin rəhbərlik edəcəyi ilə bağlı hələ dəqiq cavab tapmağın mümkün olmaması fonunda davam edən qeyri-müəyyənliklərin təzyiqi ilə birjalarda dollar indeksində mənfi tendensiya müşahidə olunur.
Bu gün ABŞ-da açıqlanacaq inflyaisya göstəriciləri bazar iştirakçılarının diqqət məkrəzində olacaq əsas xəbərdir. İnflyasiya göstəricilərinin birjalarda dollar indeksində tendensiyanın gedişinə ciddi təsir edəcəyini demək olar.
Beynəlxalq enerji birjalarında neftin qiymətləri kəskin ucuzlaşıb. Hazırda 94$-dan təklif olunan “Brent” markalı neftin bir barel üzrə qiyməti 93.40$ həddinin altına düşsə, 91$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.