ABŞ-da resessiya və inflyasiya dilemması qiymətlərə təsir etməkdə davam edir.
Keçən həftənin son ticarət günündə əmək bazarına dair statistik göstəricilərin proqnozların çox üzərində açıqlanması səbəbilə FED-in şahin duruşunu davam etdirəcəyi ehtimalları dolları indeksini dəstəkləyərkən, bu həftə açıqlanacaq inflyasiya göstəriciləri isə investorların daha təmkinli davranmasına səbəb olur. Nəticədə dollar major valyutalar qarşısında əsas etibarilə üfüqi tendensiya sərgiləyir. Təhlillərə əsasən dollar indeksində bahalaşma davam edərsə, EUR/USD cütlüyü 1.00$, GBP/USD cütlüyü isə 1.19$-ə kimi ucuzlaşa bilər.
Artan geosiyasi risklər və geriləyən dollar indeksi fonunda qızıla tələb artmaqda davam edir. Hazırda 1786$-dan təklif olunan qızılın bir unsiya üzrə dəyəri 1790$-ın üzərinə yüksəlsə, 1805$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.