Amerikada FED-in faiz artımı ilə əlaqədar qeyri-müəyyənliyin mövcud olduğu bir şəraitdə inflyasiyanın 7.2%-ə yüksələcəyi proqnozları fonunda dollar təzyiq altında qalmaqdadır. Bu özünü gəlirliyin aşağı düşməsi və qızılın dəyər qazanmasında da göstərir. Bununla yanaşı, ölkədə yaşıl investisiyalara dair tədbirlərin də gecikməsi iqtisadi risklərin artmasına səbəb olur.
EUR/USD və GBP/USD məzənnələri beləliklə, bahalaşmaqdadır. USD/JPY və USD/TRY məzənnələrin də müqavimətlə rastlaşdığı müşahidə edilir. Əmtəə birjalarında qızıl və neft qiymətləri də dəstək görməkdədir.
Kriptovalyuta birjalarında isə son eniş dalğasından sonra bitkoinin 41400$-a yüksələcəyi proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan dərc ediləcək inflyasiyaya dair fundamental göstəricilər də önəmli hadisələr arasında investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.