Keçən həftənin cümə günü “Jackson Hole” İqtisadi Siyasət Simpoziumunda etdiyi çıxışda FED sədri J.Pavelin inflyasiya ilə mübarizədə geri addım atmayacaqlarına və yumşaq monetar siyasətə dönüşün tezliklə baş verməyəcəyinə dair verdikdən sonra son 20 ilin maksimumlarına yüksələn dollar indeksində cari ticarət həftəsinin ilk günü korrektiv enişlər yaşansa da, artım tendensiyası davam edir. Təhlillərə əsasən dollar indeksi 108 bənd həddinin üzərindki mövqeyini qoruduqca, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası davam edə bilər.
Bu gün Bakı vaxtı ilə saat 16:00-da Avrozonanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.