Dünən ABŞ-da "Conference Board" İstehlakçıların İnam İndeksi və Yeni Mənzil Satışları ilə bağlı göstəricilərin proqnozların altında açıqlanmalarına baxmayaraq, dollar major valyutalar qarşısında əldə etdiyi üstünlüyü davam etdirməyə nail olub.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları- 26 DƏFƏ ARTIB
Belə ki, xəbər açıqlandığı zaman EUR/USD valyuta cütlüyü 1.0583 səviyyəsində ticarət olunsa da, hal-hazırda 1.0559 səviyyəsində qərarlaşıb, GBP/USD cütlüyü isə 1.2169 səviyyəsindən 1.2145 səviyyəsinə qədər geriləyib.
Amerikanın Neft İnstitutunun neft ehtiyatları ilə bağlı həftəlik hesabatının zəif açıqlanması “qara qızıl”ın birjalarda dəyərinin bir qədər də artmasına və 94$ həddini aşmasına dəstəki oldu.
Bugün Almaniyadan açıqlanacaq "GFK" İstehlakçıların İnam İndeksi və Amerikadan Uzunmüddətli İstifadə Məhsulları Üzrə Sifarişlərin sayı investorların diqqət mərkəzində olan əsas xəbərlərdir.
Həmçinin, Avropa Mərkəzi Bankının toplantı protokolunun və ABŞ-dan Neft Ehtiyatlarında Dəyişiklik ilə bağlı hesabatın dərc olunması treyderlər üçün vacib məqamlardır.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.