Dünya birjalarında Amerikadan inflyasiya dair göstəricilərin son 39 ilin maksimumuna yüksəlməsi xəbərlərindən sonra EUR/USD və GBP/USD məzənnələri də ucuzlaşmağa başlaylb. Beləliklə, Avrozona və İngiltərədə artan siyasi-iqtisadi riskləri nəzərə alaraq, dollara üstünlük verildiyi müşahidə edilir. FED-in cari il ərzində dörd dəfə faiz artıracağı proqnozları trendə əlavə dəstək verir.
Dollar indeksinin foreks bazarlarında yüksəlməsi, əmtəə və kriptovalyuta birjalarında da qiymətlərə təsir edib. Belə ki, qızıl, neft və bitkoin yenidən enməyə başlayıb.
Bununla yanaşı, Bakı vaxtı ilə saat 11:00-da İngiltərədən dərc ediləcək xarici ticarət balansı, sənaye və inkişaf göstəriciləri də diqqət mərkəzində olacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.