Ötən həftə ilə müqayisədə daha durğun olan cari ticarət həftəsinin bu günü investorların diqqət mərkəzində İngiltərə və ABŞ-da açıqlanacaq iqtisadi inkişaf səviyyəsinə dair stastistik göstəricilər və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı olacaq.
Amerikada artacağı ehtimal olunan ÜDM həcminin İngiltərədə kəsrlə açıqlanacağı proqnozlaşdırılır. Proqnozlar təsdiqini tapsa, funt dünya birjalarında dəyər itirə, dollar isə major valyutalar qarşısında bahalaşa bilər.
TCMB-nin isə faiz dərəcələrində bu dəfə dəyişiklik etməyəcəyi ehtimal olunur.
Dollar indeksinin ucuzlaşması fonunda qızıda artm tendensiyası davam edir. Təhlillərə əsasən hazırda 1818$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1819$ həddinin üzərinə yüksəlsə, 1835$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.