Cümə axşamı Avropa Mərkəzi bankının uçot faiz dərəcəsinin 0.75 bənd artırılmasından sonra mətbuat konfransında sədr Kristin Laqard ilin əvvəlindən avronun 12%-dən çox dəyər itirdiyini açıqladı. Məzənnənin ucuzlaşması səbəbi ilə avronun alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində enerji daşıyıcılarına daha çox xərc tələb olunması, inflyasiyanın yüksəlməsinin əsas səbəbi kimi qeyd olundu.
FED sədri Jerom Povelin Katon İnstitutunda təşkil olunan konfransda etdiyi çıxışda inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində faiz artımlarının davam edəcəyini bildirdi. Gələn həftə ABŞ-da inflyasiya göstəricilərinin açıqlanmasından sonra 21 sentyabrda FED-in uçot faizini 0.50 bənd və ya 0.75 bənd artıracağını müəyyən edəcək.
Bazarlarda dollar indeksinin 108.50 bənd səviyyəsinədək ucuzlaşması avro, funt, yen və frankın bahalaşmasına səbəb olub.
Bu gün Bakı vaxtı ilə 16.30-da açıqlanacaq Kanada da məşğulluq göstəriciləri haqqında məlumatlar investorların diqqət mərkəzində olacaq.
1720$ qədər bahalaşan qızıl hal-hazırda 1719$ səviyyələrində ticarət olunur. Artım tendensiyasının davam edəcəyi gözlənilir. 1725$ səviyyəsinin qırıldıldığı təqdirdə 1730$ və 1735$ səviyyələrinədək artım ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.