Dollar indeksi cümə axşamı Amerika sessiyasından etibarəb geriləyərək son 105 bənd hədlərindən 104 bənd həddinə düşüb.
Analitiklər bu enişin əsas səbəbi kimi, FED-in bu il üçün nəzərdə tutulmuş son toplantısı, eləcə də il sonu yaxınlaşdıqca investorların dollar alışlarını realizə etmələrini qeyd edirlər. Bu isə öz növbəsində EUR/USD və GBP/USD cütlüklərinin yenidən bahalaşmasına səbəb oldu.
Əgər dollar indeksində 103.50 səviyyəsindəki psixolji bariyer aşağıya doğru qırılarsa, qiymətlər bu ilin sentyabrından etibarən formalaşan aşağı istiqamətlənmiş kanalın dəstək xəttini test edə bilər ki, bu da 100 bənd hədlərinə təsadüf edir.
Bu gün Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi (PPİ) göstəricisi investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıl bahalaşıb. Təhlillərə əsasən hazırda 1796$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$ səviyyəsindəki müqavimət həddini qıra bilsə, 1820$-a kimi bahalaşa bilər.
Məlumat “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.