ABŞ-ın dövlət borcu ilk dəfə olaraq 31 trilyon dolları ötüb. Sözügedən borcun məbləği narahatlıq doğurur. İqtisadçılar faiz dərəcələrinin artmasının ölkənin artan borc problemlərini daha da dərinləşdirə biləcəyini bildirməsi Amerikada resessiya narahatlıqlarını daha da artırır. Nəticədə dollar indeksindəki eniş tendensiyası getdikcə dərinləşir. İndeksdəki geriləmə fonunda EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.01$ və 1.16$-a kimi bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə 12:00-da Avrozonada, 12:30-da isə İngiltərədə açıqlanacaq biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıl 1725$-a kimi bahalaşıb. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1728$-ın üzərinə yüksəlsə, artım tendensiyası 1740$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.