EUR.
GBP.
Ötən həftəni GBP/USD məzənnəsi də artımla başa vurdu. Əgər ABŞ iqtisadiyyatındakı resessiya qorxuları davam edərsə, funt sterlinqin dollar qarşısında 1.23$ hədlərinə qədər bahalaşa bilər.
Bu həftə açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı, həmçinin Amerikada dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, xüsusilə NFP göstəricisi, eləcə də, həm Avrozonada, həm İngiltərədə, həm də Amerikada dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri invetorların diqqət mərkəzində olacaqdır.
TRY.
Ötən həftə son 2 ilin maksimumlarında ticarət olunan USD/TRY məzənnəsində “buğa”ların üstünlüyü davam edir. 17.95TL həddinin üzərində möhkəmlənərsə, qiymətin 18.00TL-yə qədər bahalaşması ehtimal olunur.
Bu həftə Türkiyədə açıqlanacaq inflyasiya səviyyəsinə dair göstəricilər də investorlar tərəfindən maraqla gözlənilir.
OIL.
Ötən həftənin son ticarət günü 111$ həddini test edən “Brent” nefti burada müqavimətlə qarşılaşaraq bir qədər gerilədi. Hazırda 107$ hədlərində təklif olunan OİLUK-in bir barel üzrə qiyməti 108$-ın üzərinə yüksələrsə, 110$-a kimi bahalaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Avrozonada yaşanan enerji böhranı və siyasi gərginliklər, Amerikada artmaqda davam edən resessiya qorxuları fonunda güvənli liman maliyyə aləti olaraq qızıl sürətlə bahalaşır.1760$ həddlərində ticarət olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1768$-ın üzərində möhkəmlənə bilsə, 1783$-a (57.33$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.