Şirkətlər ikinci rüb üzrə gəlirlərini açıqladıqca səhm bazarlarına marağın artması, həmçinin FED-in 1%-lik artım ehtimallarının getdikcə zəifləməsi fonunda dollar indeksi 106.20 hədlərinə qədər gerilədi. Bu səbəbdən də dollar major valyutalar qarşısında ucuzlaşır. Təhlillərə əsasən indeksdə eniş dərinləşərsə, EUR/USD və GBP/USD məzənnələrindəki korrektiv artımlar müvafiq olaraq 1.0360 və 1.2140 hədlərinə qədər davam edə bilər.
Bu gün İngiltərədə və Kanadada açıqlanacaq inflyasiya göstəriciləri və Amerikada mənzil bazarına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
Cari həftəyə artımlarla başlayan qızıl 1700$ - 1716$ aralığında üfüqi dalğalanır Lakin qiymətli metalın bir unsiya üzrə qiyməti 1716$-ın üzərinə yüksələ bilsə, 1738$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.