FED-in monetar siyasətində yumşalma ehtimalları fonunda geriləyən dollar indeksi ABŞ-da açıqlanan ÜDM göstəricilərindən sonra yenidən 110 bənd həddinin üzərinə qayıtdı. Həmçinin dünən Avrozonada inflyasiyanın tarixi maksimumlara yüksəlməsinə də dollar indeksinə dəstək oldu. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlüklərində “ayılar” yenidən diktə edən tərəfə çevrilə bilər.
Yüksələn dollar indeksi fonunda qızıl 1638$-a kimi geriləyib. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri 1640$-ın üzərində möhkəmlənə bilsə, 1658$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.