FED sədri Jerom Pavelin ABŞ Konqresində yarımillik “Pul-Kredit Siyasəti Hesabatı” zamanı ABŞ-da inflyasiya ilə bağlı verdiyi mesajlar fonunda dollar indeksi yenidən geriləyib.
Təhlillərə əsasən dollar indeksindəki geriləmə davam edərsə EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.0670 və 1.2450$ hədlərinə qədər bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə 12:00-da Avropa Mərkəzi bankının aylıq hesabatı və 12:30-da İngiltərədə açıqlanacaq biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaqdır. Həmçinin saat 15:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarı da maraqla gözlənilir.
Hazırda qiymətli metallar bazarında 1830$-dan təklif olunan qızılın 1813$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.