Ötən həftə Yeni il öncəsi hökm sürən durğunluğu cari ticarət həftəsində növbəti ildə hökm sürən qeyri-müəyyənliklər əvəzləyir.
2023-cü ilin ilk günlərindən yeni il resessiya ehtimallarına dair yeni təhlükə əlamətlərini də bərabərində gətirib.
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın üç əsas iqtisadi inkişaf mərkəzinin - ABŞ, Avropa və Çinin 2023-cü ilin əvvəlində daha zəif iqtisadi göstəricilərlə üzləşdiyini və bunun qlobal iqtisadi yavaşlama riskini artırdığını bildirib.
Nəticədə dollar indeksi yenidən 103.50 bənd səviyyəsindəki psixoloji dəstək həddinə qədər gerilədi. DXY dəstək həddinin altına düşsə və “ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər.
Artan resssiya ehtimalları etibarlı liman maliyyə aləti olan qızılı gücləndirsə də, qızıl kəskin hərəkətlər göstərmək potensialına malikdir. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri üçün 1950$ səviyyəsi əsas psixoliji müqavimət həddi kimi çıxış edir. Yaxın perspektivdə 1850$-dan aşağı olan aqressiv satış həmlələri qızılın 1798$-a qədər ucuzlaşmasına səbəb ola bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.