FED üzvlərindən ayrı - ayrılıqda gələn açıqlamar fonunda 1%-lik faiz artımı ehtimallarının zəifləməsi nəticəsində dollar indeksi son 20 ilin ən yüksək səviyyəsi - 109.24 bənddən 106.60 bəndə qədər gerilədi. Bu səbəbdən də dollar major valyutalar qarşısında korrektiv olaraq ucuzlaşır. Təhlillərə əsasən indeksdə eniş dərinləşərsə, EUR/USD və GBP/USD məzənnələrindəki korrektiv artımlar müvafiq olaraq 1.0270 və 1.2040 hədlərinə qədər davam edə bilər.
Bu gün Avrozonada açıqlanacaq infilyasiya səviyyəsi və İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.