Cümə axşamı Amerikada açıqlanan statistik iqtisadi məlumatlara görə, işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı 24 dekabrla bitən həftədə bazar gözləntilərinə uyğun olaraq 225 minə yüksəldi.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) inflyasiya ilə mübarizə tədbirlərinin bir hissəsi olaraq işsizliyi azaltmağa çalışdığı bir vaxtda işsizlik müavinatı bağlı müraciətlərin artması FED-in gələcək faiz artımına dair narahatlıqları azaltmağa kömək etdi.
Nəticədə dollar indeksi yenidən 103.50 bənd səviyyəsindəki psixoloji dəstək həddinə qədər gerilədi. DXY dəstək həddinin altına düşsə və “ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər. Əksinə “buğalar” 106 bənd səviyyəsində “ayılar”ın müqavimətini dəff etməyi bacarsalar, DXY-110 bənd hədlərinə kimi yüksələ bilər.
Milad həftəsi olması səbəbilə birjalarda yaşanan durğunluq və ticarət həcmlərinin azlığı isə prosesin daha da uzanmasına səbəb olur.
Bu həftənin əvvəlindən etibarən ABŞ-da neqativ açıqlanan iqtisadi göstəricilər fonunda dollar indeksinin geriləməsi səbəbindən qızıla tələb artır. Təhlillərə əsasən hazırda 1816$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1820$ həddini qırsa, 1833$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.