Dollar indeksi sürpriz faiz artımının gözlənildiyi FED toplantısı öncəsi dollara artan tələb fonunda yüksəlir. Nəticədə dollar dünya birjalarında major valyutalar qarşısında yenidən bahalaşmağa başlayıb. Çərşənbə axşamı yenidən 107 bənd hədlərini test edən indeksdə yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələrində eniş tendensiyası daha da dərinləşə bilər.
Qeyd edək ki, bu gün həmçinin Amerikada uzunmüddətli istifadə üüçün nəzərdə tutulmuş məhsulların sifarişi və təkrar mənzil bazarında satışların həcminə dair statistik göstəricilər də açıqlanacaq.
Dolların bahalaşması qızılın bir qədər dəyər itirməsinə təsir edib. Əgər FED proqnozların üzərində bir faiz artımı reallaşdırarsa, o zaman qiymətli metalın bir unsiya üzrə dəyərinin yenidən 1680$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Təhlil InvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.