Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da açıqlanacaq Ümumdaxili Məhsulun həcminə dair statistik məlumatlar öncəsi dollar indeksi 112 bənd hədlərinə qədər geriləyib.
Bu geriləmənin əsas səbəbi kimi, xəbər öncəsi ehtiyyatlı davranan investorların əməliyyatlarını realizə etməsi qeyd oluna bilər. Nəticədə major valyutalar, eləcə də qızıl dollar qarşısında bir qədər bahalaşdı. Dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələrində eniş tendensiyası yenidən bərpa oluna bilər.
Bu gün həmçinin Bakı vaxtı ilə 16:00-da Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri də investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıl çərşənbə günü 1663$-a kimi bahalaşıb. Hazırda 1651$-dan təklif olunan qızılın bir unsiya üzrə dəyəri 1647$-ın altına düşərsə, 1625$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.