ABŞ-da pərakəndə satışlar iyun ayında aylıq müqayisədə perakende satışlar 0.2%-lik artım ilə proqnozların altında qalarkən, eyni dönəmdə sənaye istehsalının həcmi ehtimal olunandan daha çox azalıb. Lakin, buna baxmayaraq dollar indeksi bu gün İngiltərə və Avrozonada açıqlanacaq inflyasiya göstəricilərindən öncə bir qədər yüksələrək 100 bənd psixoloji həddini test edib.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 10:00 və 13:00-da müvafiq olaraq İngiltərədə və Avrozonada inflyasiya göstəriciləri proqnozlaşdırıldığı kimi azalma ilə açıqlanarsa, və 100 bənd həddi yuxarıya doğru qırılarsa, DXY-da artım tendensiyası davam edə bilər.
Bu gün həmçinin Amerikada dərc olunacaq mənzil bazarına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.