Yüksək inflyasiyanın təsiri ilə Amerikada alıcılıq qabiliyyətinin zəifləməsi ticarət dövriyyəsinin də azalmasına səbəb olub. Nəticədə dollar indeksi bir qədər geriləyib. Təhlillərə əsasən dollar indeksindəki enişlər davam edərsə, EUR/USD və GBP/USD cütlükləri yenidən artım trendinə qayıda bilərlər.
Bununla yanaşı bu gün Bakı vaxtı ilə 13:00-da Avrozonada açıqlanacaq iqtisadi inkişaf səviyyəsinə dair göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
Qızılda üfüqi dalğalanma davam edir. Əgər qiymətli metalın bir unsiya üzrə qiyməti 1857$-ın üzərinə yüksələ bilsə, 1890$-a kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarında isə bitkoində 40 günlük üfüqi dalğalanma qorunur. 29000$ həddi aşağıya doğru qırılarsa, eniş tendensiyası dərinləşə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.