Cümə axşamı ABŞ-da ikinci rübdə ümumi daxili məhsulun həcmi açıqlandı.
Amerika iqtisadiyyatı ardıcıl iki rübdür mənfi performans göstərməyə davam edir. Beləki, birinci rübdəki 1.6%-lik geriləmədən sonra, iqtisadiyyat ikinci rübdə 0.9% daralıb. Beləliklə, ABŞ iqtisadiyyatı iki rüb ardıcıl olaraq geriləyərək texniki olaraq resessiyaya girdi. Nəticədə dollar indeksi 105 bənd həddlərinə kimi gerilədi. İndeksdəki çöküş davam edərsə, EUR/USD və GBP/USD məzənnələrində artım tendensiyası daha da kəskinləşə bilər.
Bu gün Avrozonada və Almaniyada da iqtisadi inkişaf səviyyəsi, istehlak qiymətləri indeksi və əmək bazarına dair önəmli statistik göstəricilər açıqlanacaq.
ABŞ iqtisadiyyatının resessiyaya girdiyi yönündəki narahatlıqlar fonunda qızıla tələb artmaqda davam edir. Hazırda 1763$ hədlərində ticarət olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin yenidən 1765$-ın üzərinə yüksəlsə, 1783$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.