ABŞ-da iqtisadiyyatına dair ardıcıl olaraq artımla açıqlanan iqtisadi göstəricilər fonunda “FOMC”-un toplantısı öncəsi dollar indeksi 105 bənd hədlərinin üzərinə yüksəlib. Təhlillərə əsasən DXY 105 bənd həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyasını 110 bənd hədlərinə kimi davam etdirə bilər. Bu isə öz növbəsində EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyasının eniş tendensiyası ilə əvəzlənməsinə səbəb ola bilər.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonada açıqlanacaq ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Dünya birjalarında dolların tələbin artması fonunda qızıl ucuzlaşıb. Təhlillərə əsasən hazırda 1770$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1766$ həddinin altına düşsə, eniş tendensiyası 1746$-a kimi davam edə bilər.
Məlumat “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.