ABŞ-da istehlakçıların iqtisadiyyata inamını ölçən "Conference Board" (CB) İstehlakçıların Güvən İndeksi dördüncü rübün ilk ayında da azalma ilə açıqlandıqdan sonra son rübdə də iqtisadi bərpa prosesinin çətin keçəcəyi ilə bağlı ehtimallar daha da artıb.
Nəticədə dollar dünya birjalarında zəifləyir. Təhlillərə əsasən dollar indeksi üzərindəki təzyiqlər artmaqda davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1$ və 1.16$-a kimi bahalaşa bilər.
Son bir həftədir 94.50$ və 92.50$ aralığında üfüqi dalğalanan Brent neftində Səudiyyə Ərəbistanının enerji böhranının dərinləşə biləcəyinə dair xəbərdarlığı fonunda 94.50$-ın üzərinə yüksəlsə, artım tendensiyası kəskin xarakter ala bilər.
Geriləyən dollar indeksi fonunda qızıl bahalaşır. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1654$-ın üzərində möhkəmlənə bilsə, yenidən 1680$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.