FED-in faiz qərarı öncəsi dollar dünya birjalarında ucuzlaşmaqda davam edir. Dollar indeksi 103.50 bənd səviyyəsindəki psixoloji dəstək həddini qıraraq 102.80 bəndlərə qədər geriləməsi qiymətin 100 bənd səviyyəsinə kimi yolunu açmış olub.
Nəticədə EUR/USD məzənnəsi 1.07$, GBP/USD məzənnəsi isə 1.22$-ə qədər bahalaşıb.
Təhlillərə əsasən, DXY zəifləməyə davam edərsə, avro və funt-sterlig dollar qarşısında müvafiq olaraq 1.0850 və 1.2348 hədlərinə kimi dəyər qazana bilər.
Dolların kəskin ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Hazırda 1878$ səviyyəsini qıran qiymətli metalda “buğa”lar bir unsiya üzrə qiyməti bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası 1896$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.