Oktyabrda gözləniləndən daha çox yavaşlayan inflyasiyanın ABŞ Federal Ehtiyatlar Sisteminin gələcək faiz artımlarının həcmini azalda biləcəyinə dair ümidləri artırması fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı.
Qeyd edək ki, açıqlanan statistik rəqəmlərə əsasən Amerikada İstehlak Qiymətləri İndeksi (CPI) oktyabr ayında aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 7.7% artaraq proqnozların altında qaldı.
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Ucuzlaşan dollar fonunda qızıl 1750$-ın üzərinə yüksəlib. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri, 1757$ həddinin üzərində möhkəmlənə bilsə, 1793$-a kimi bahalaşa bilər.
Beynəlxalq enerji birjalarında neftin qiymətləri yenidən 95$-a kimi bahalaşıb. Hazırda 95.15$-dan təklif olunan “Brent” markalı neftin bir barel üzrə qiyməti 98.25$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.