Birjaların FED-in bu həftə keçiriləcək toplantısında uçot dərəcələrini 0.75% artıracağı ehtimallarını qiymətləndirməsi fonunda dollar dünya birjalarında kəskin bahalaşır.
Dollar qarşısında böyük itkilər verən EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.0400 və 1.2130 hədlərindən dəstək gördüyü müşahidə olunur. Eniş tendensiyası davam edərsə, avro dollar qarşısında 1.03$, funt sterlinq isə 1.20$-ə qədər geriləyə bilər.
Bu gün İngiltərədə açıqlanacaq əmək bazarı, Avrozona və Almaniyada açıqlanacaq “ZEW” iqtisadi aktivlik indeksi göstəriciləri EUR/USD və GBPUSD cütlüklərindəki növbəti dalğalanmalara təsir edə bilər.
Dolların dünya birjalarındakı aqressiv təzyiqi qarşısında qızıl 1818$-a kimi geriləyib. Eniş tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə qiyməti 1796$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.