Aparıcı mərkəzi bankların faiz artımlarından sonra dolların dünya birjalarında major valyutalar qarşısında bahalaşmaqda davam edir.
Faiz artımlarından sonra birja iştirakçılarının diqqətləri mərkəzi bankların monetar siyasətin gələcəyi ilə bağlı planlarına yönəlib. Bu səbəbdən də rəsmilərin pul-kredit siyasətinin yol xəritəsinə dair verəcəkləri mesajlar birjlarda gələcək tendensiyaları formalaşdıra bilər.
Bu gün Amirakada açıqlanacaq tikinti sektoruna dair önəmli statistik məlumatlar investorların diqqət mərkəzində olacaq.
Dolların bahalaşması fonunda qızılda ucuzlaşma davam edir. Təhlillərə əsasən hazırda 1791$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1786$ dəstəyini qıra bilsə, 1765$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.