Çərşənbə günü ABŞ-da inflyasiya göstəricilərinin yüksək açıqlanmasından sonra faiz dərəcələrinin artırılması ehtimallarının çoxalması fonunda dollar dünya birjalarında bahalaşıb. Bu gün isə diqqətlər Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq sənaye istehsalının həcmi, ticarət dövriyyəsi və iqtisadi inkişaf səviyyəsi göstəricilərinə yönəlib.
Cari ticarət həftəsinin üçüncü günü 1867$-a kimi bahalaşan qızıl burada müqavimətlə qarşılaşaraq bir qədər gerilədi. Hazırda dünya birjalarında 1847$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri bu həddin üzərində möhkəmlənə bilsə, 1860$ və 1875$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.