ABŞ Prezidenti Donald Tramp CNBC-yə verdiyi müsahibəsində dolların çox güclü olduğunu söyləyib.
FED.az xəbər verir ki, Dünya İqtisadi Forumuna qatılmaq üçün olduğu Davosda müsahibə vermiş Tramp, "Dollar çox, çox güclüdür" deyib və bunun qulağa gözəl gəldiyini, bir çox tərəfdən yaxşı olduğunu, ancaq emal sektoru nəzərə alındığında çox pis olduğunu sözlərinə əlavə edib.
ABŞ Prezidenti, faizlərin daha da aşağı salınmasına dair istəyini təkrarlayıb.
Tramp, "Dolların güclü olmasını istəyirəm, dolların çox güclü olmasını istəyirəm. Dolların müdhiş olmasını istəyirəm. Ancaq əgər faizləri salsanız, çox çox yaxşı şey olacaq" şəklində fikir bildirib.
Marja