Bugün “Jackson Hole” Simpoziumunda FED sədri Jerom Pavelin çıxışı öncəsi dollar bütün major valyutalar qarşısında kəskin bahalaşıb. Nəticədə dollar indeksi də (DXY) artım tendensiyasını davam etdirərək 104.34 bənd səviyyələrinə yüksəlib. “Buğalar” DXY-ı 103.50 bənd həddinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Major valyuta cütlüklərinə nəzər salsaq, EURUSD 1.0780, GBPUSD 1.2560, AUDUSD 0.6400, NZDUSD 0.5900 hədlərinə kimi kəskin ucuzlaşmış, USDJPY 146.10, USDCHF 0.8860, USDCAD isə 1.3600 səviyyələrinə kimi sürətlə bahalaşmışdır.
Bugün bütün birjaların diqqətləri “Jackson Hole” Simpoziumunda FED sədri Jerom Pavelin və AMB sədri Kristin Laqardın çıxışlarına yönəlib.
Bank sədrlərinin çıxışları zamanı monetar siyasətin gələcəyi və dünyadakı ümumi iqtisadi mühitin vəziyyətinə dair verəcəyi mesajlar birjalarda ciddi dalğalanmalara səbəb ola bilər.
FED rəsmilərinin açıqlamalarına gəldikdə, Filadelfiya FED sədri Patrik Harker pul-kredit siyasəti istiqamətində yəqin ki, kifayət qədər addımlar atdıqlarını, ABŞ-ın bu il faiz dərəcələrini eyni səviyyədə saxlayacağını düşündüyünü, gələn il isə inflyasiya aşağı düşərsə, faizləri endirə biləcəklərini bildirib.
Harker qeyd edib ki, inflyasiya daha sürətli düşərsə, faiz dərəcələri daha tez aşağı salına bilər.
Boston FED sədri Syuzan Kolins isə FED-in daha çox işi olduğunu, səbirli və qətiyyətli olması lazım olduğunu vurğulayaraq, əlavə faiz artımının mümkün olduğunu bildirib.
Cümə axşamı 1921$-a kimi balaşan qızılın bir unsiya üzrə dəyəri burada müqavimətlə qarşılaşaraq 1913$-a kimi gerilədi. Hazırda 1914$-dan təklif olunan qiymətli metalın qiyməti 1915$-ın üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.