Cümə axşamı açıqlanan statistik göstəricilərə əsasən ABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə ehtimal ediləndən daha çox - çox 3.2% artıb.
Proqnozların üzərində açıqlanan iqtisadi göstəricilərin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artırması və daha uzun müddət yüksək saxlaması ilə bağlı narahatlıqları artırdığından dünya birjalarında dollara tələb artıb. Nəticədə dollar major valyutalar qarşısında bahalaşıb.
Digər tərəfdən, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 17 dekabrda sona çatan həftədə gözləniləndən az artaraq 216.000-ə çatıb.
TCMB isə dünən baş tutan ilin son toplantısında faiz dərəcələrində dəyişiklik etməyərək 9.00%-də sabit saxlayıb.
Dollar indeksinin yüksəlməsi fonunda qızıl kəskin ucuzlaşıb.Təhlillərə əsasən hazırda 1795$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1790$-ın altına düşsə, 18775$-a kimi ucuzlaşa bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.