ABŞ-dan açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq (NFP) məlumatları öncəsi dollar avro və yen qarşısında bir qədər ucuzlaşıb.
Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.02% geriləyərək 106.1 bənd təşkil edib.
Dünən İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini 5.25% səviyyəsində saxlamağa qərar verdi. Qeyd olunan göstərici 2008-ci ilin fevral ayından indiyədək ən yüksək hədd olaraq qalmaqda davam edir.
Həmçinin ABŞ-da 28 oktyabrda bitən həftə üçün işsizlik müavinəti üçün müraciətlərin sayı 5 min artaraq 217 minə yüksəldi. Analitiklər göstəricinin 210 min olacağını proqnozlaşdırmışdılar.
Bugün treyderlər ABŞ-ın Əmək Departamentinin ölkədə əmək bazarı ilə bağlı dərc edəcəyi məlumatları qiymətləndirəcəklər. Amerikada sentyabr ayında İşsizlik Səviyyəsinin 3.8%-də qalacağı, iqtisadiyyatın Qeyri-kənd Təsərrüfat Sahəsində Məşğul Olanların Sayının isə 180 min nəfər artacağı proqnoz edilir. Statistikalar treyderlərə ABŞ Federal Ehtiyatlar Sisteminin növbəti mümkün hərəkətlərini proqnoz etməyə imkan verəcək.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.