Ukrayna böhranın baxmayaraq, Avropada enerji böhranının yaranacağı narahatlığı dünya birjalarında qeyri-müəyyənliyi son günlər artırsa da bəzi rəsmi açıqlamalar narahatlıqların azalmasına səbəb olub. Lakin digər tərəfdən, Amerika və Avropanın sanksiya siyasətinin özünə də mənfi təsir edə biləcəyinə dair narahatlıqlar qalmaqdadır. Bu səbəbdən dollar, avro və funt sterlinqdə riskli dalğalanma artıb.
Bütün bunlar İnvestorları alternativ maliyyə alətlərinə yönəlməsinə səbəb ola bilər. Bu istiqamətdə kriptovalyuta birjaları yenidən diqqət mərkəzində ola bilər. Qızıla da tələb arta bilər.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri də böyük maraqla gözlənilməkdədir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.