Son həftələn sürətlə başalaşan Dogecoin-lər, bir neçə gündür ki, dəyər itirsələr də ilin ən dinamik koinlərindən sayılar.
Bitkoinlə necə qazanmaq olar? - FED.az-ın - CANLI YAYIMI
Amma bəzi nüfuzlu kriptovalyuta treyderləri bu vəziyyəti «tezliklə partlayacaq köpük» adlanırırlar. Səbəbi budur ki, bu kriptovalytanın böyük hissəsi bir neçə istifadəçinin əlində cəmləşib.
«Dogecoin»in tanınmış tərəfdarlarından biri «Tesla» və «SpaceX» şirkətlərinin sahibi İlon Maskdır. O öz Twitter paylaşımlarında bunu dəfələrlə xatırladıb. Sonuncu dəfə bu 16 apreldə – Dogecoin-in tarixi maksimuma çatmasından əvvəl baş vermişdi
Bundan sonra baş verənlər məlumdur – kriptovalyuta 42 sentədək bahalaşdı, ona yatırılan vəsaitlər və bazar həcmi kəskin artdı.
Amma bir qədər əvvəl bir neçə nüfuzlu treyder bəyan edib ki, DOGE-nin yüksək gəlirliyinə baxmayaraq onlar heç vaxt buraya pul yatımayacaqlar, çünki bu kriptovalytanın böyük hissəsi bir neçə istifadəçinin əlində cəmləşib.
Kriptovalyutaların risklərinin idarə edilməsi üzrə ixtisaslaşan TRM Labs şirkətinin nümaynədəsi Akand Sitranın araşdırmasına görə, bütün Dogecoin-lərin 65%-i cəmi 98 cüzdanda toplanıb.
Bunlardan ən böyüyü valyutanın 28%-nə sahibdir. İlk 5 cüzdandakı vəsait isə bütün Dogecoin-in 40%-nə çatır.
Sitranın fikrincə, iri oyunçular öz pullarını saxlayırlar ki, buraya kifayət qədər adam cəlb olunduqdan sonra onları birdən sataraq bir anda milyardçı olsunlar.
«Sadə fırıldaqdır – Dogecoin-ə pul yatırırsan, bazar yüksələndən sonra isə bütün pulları satıb milyardçı olursan»-deyən Sitra əmindir ki, artıq ilin sonuna «Dogecoin köpüyü partlayacaq».
Digər treyderlər də Dogecoin-ə ehtiyatla yanaşır və onu ciddi qəbul etmirər.
Məsələn, «Cardano»nun sahibi olan IOHK şirkətinin rəhbəri Çarlz Hoskinson da Dogecoinin çökücəyinə əmindir: «Bu sahədə DOGE-ni iddi qəbul etmirlər, zarafat sayırlar. Amma Mask və başqa akulaların sayəsində indi onun qiyməti yüksəklərdədir. Açığını desək, bu köpükdür, vaxtı çatanda partlayacaq və çoxsaylı investorları pulsuz qoyacaq».