30.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 389.6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Tələb təklifi 2,6 dəfə üstələyib.
FED.az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib.
Hərracda tələbin təxminən 2 dəfə azalması diqqəti cəlb edib. Müqayisə üçün qeyd edək 23.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 647.2 milyon manat təşkil etmişdi.