Aprelin 25-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə «BOKT Embafinans»ın 3-cü istiqraz buraxılışı standart bazar seqmentində listinqə daxil edilib.
«BOKT Embafinans» bu dəfə 1 milyon manatlı istiqraz buraxacaq, istiqrazların satışı aprelin 29-da Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata  keçiriləcək.
İstiqrazların hər birinin qiyməti 1000 manatdır, tədavül müddəti 1 ildir və illik faiz dərəcəsi 10,5%-dir, faizlər hər ay ödəniləcək.
Qeyd etmək istərdik ki, «BOKT Embafinans» bundan əvvəl iki dəfə istiqraz buraxıb, bunlardan biri 8 oktyabr 2018-ci il tarixində, ikinci isə 3 dekabr 2018-ci ildə BFB-də baş tutub.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə etmək olar.
 
| № | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri | Q/k-ın hərrac qiyməti | 
| 1 | AZ2004020601 | Faizli təmin edilməmiş |   |   | 1000 AZN | 
  
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
 
            BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








