2025-ci ilin ilk altı ayı üzrə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında həyata keçirdiyi əməliyyatların əksəriyyəti ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma göstərib.
«Assist Finance»ın əməliyyat dövriyyəsində 100 milyon manatdan çox azalma var - RƏQƏMLƏR
FED.az xəbər verir ki, ARMB qiymətli kağızları üzrə ticarət dövriyyəsi 2024-cü ilin yanvar–iyun aylarında 88,8 milyon manat olduğu halda, bu il 56 milyon manata düşüb. Bu, 32,7 milyon manatlıq azalma ilə yanaşı təxminən 37% geriləmə deməkdir.
Dövlət istiqrazları bazarında isə daha kəskin azalma müşahidə edilib. 2024-cü ildə 433,9 milyon manat olan əməliyyat həcmi 2025-ci ildə 146,4 milyon manata qədər enib. Beləliklə, 287,5 milyon manatlıq azalma ilə birlikdə bu sahədə təxminən 66% azalma baş verib.
Korporativ istiqrazlar üzrə şirkətin göstəricisi 2024-cü ilin müvafiq dövründə 20,6 milyon manat olduğu halda, 2025-ci ildə bu məbləğ cəmi 917 min manata enib. Nəticədə, 19,7 milyon manatlıq azalma qeydə alınıb ki, bu da təxminən 95% azalma ilə ölçülür.
Səhm bazarında da azalma davam edib. Əvvəlki il 932 min manatlıq əməliyyat aparan şirkət, cari ilin eyni dövründə cəmi 31,6 min manatlıq ticarətlə kifayətlənib. Bu isə təxminən 901 min manatlıq azalma, yəni 96%-dən çox geriləmə deməkdir.
Əməliyyatların sayı baxımından da azalma diqqət çəkir. 2024-cü ilin ilk yarısında 1 816 əməliyyat həyata keçirən “CPM-İnvest”, 2025-ci ildə bu göstəricini 1 128 əməliyyata endirib. Bu isə 688 əməliyyatlıq və ya təxminən 38%-lik geriləmə ilə nəticələnib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.