Bu ilin yanvar-iyulaylarında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 1,8 milyardmanat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 142,3 milyon manat və ya 7,4% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 109,5 milyon manat,dövlət istiqrazları üzrə dövriyyə 459,3 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 22,2 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 2,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyə 1,2 milyard manat təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 44,1 milyon 450 min manat (67,5%), dövlət istiqrazları üzrə dövriyyə 120,5 milyon manat (35,6%), korporativ istiqrazlar üzrə dövriyyə 9,8 milyon manat (79,9) , səhm əməliyyatları üzrə dövriyyə 1,2 milyon manat (85,4%) artıb, repo əməliyyatları üzrə dövriyyə 318 milyon manat (21,1%) azalıb.
Əməliyyat sayında isə 502 ədəd və ya 31,7% artaraq 2 min 84-ə yüksəlb.