Bu ilin yanvar-avqust aylarında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 2 milyard 480 milyon manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 830,1 milyon manat və ya 25,1% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 109,5 milyon manat,dövlət istiqrazları üzrə dövriyyəsi 608,9 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 22,4 milyon manat, səhmlər üzrə dövriyyə 3 milyon manat, repo əməliyyatları üzrə dövriyyə 1 milyard 736 milyob manat təşkil edib.
Əməliyyat sayı isə 2 981 təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 90,8 min manat (0,1%) artıb, dövlət istiqrazları üzrə dövriyyə 58,9 milyon manat (8,8%) azalıb, korporativ istiqrazlar üzrə dövriyyə 8,6 milyon manat (62,7%), səhm əməliyyatları üzrə dövriyyə 1,5 milyon manat (2 dəfə) artıb, repo əməliyyatları üzrə dövriyyə 781,4 milyon manat (31%) azalıb.
Əməliyyat sayında isə 481 ədəd və ya 17,2% artım qeydə alınıb.