Bu ilin yanvar-fevral aylarında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 3,3 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyard manat və ya 24,6% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 109 milyon 549 min manat,dövlət istiqrazları üzrə dövriyyə 787 milyon 214 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 25 milyon 503 min manat, səhm əməliyyatları üzrə dövriyyə 3 milyon 357 min manat, repo əməliyyatları üzrə dövriyyə 2,4 milyard manata bərabər olub.
Əməliyyat sayı isə 3 min 938 təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 12 milyon 624 min manat (10,3%), dövlət istiqrazları üzrə dövriyyə 215 milyon 739 min manat (21,5%) azalıb, korporativ istiqrazlar üzrə dövriyyə 3 milyon 151 min manat 14,15) artıb, səhm əməliyyatları üzrə dövriyyə 1 milyon 794 min manat (2,1 dəfə) artıb, repo əməliyyatları üzrə dövriyyə 870 milyon 227 min manat (26,4%) azalıb.
Əməliyyat sayında isə 620 ədəd və ya 18,7% artım qeydə alınıb.