Bu ilin yanvar-may aylarında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 1,557 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 224.4 milyon manat və ya 16,8% çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 29 milyon 349 min manat, dövlət istiqrazları üzrə dövriyyə 142 milyon 629 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 805,7 min manat, səhm əməliyyatları üzrə dövriyyə 31,1 min manat, repo əməliyyatları üzrə dövriyyə 1,384 milyard manata bərabər olub.
Əməliyyat sayı isə 980 təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 55 milyon 16 min manat (2.9 dəfə), dövlət istiqrazları üzrə dövriyyə 254 milyon 829 min manat (2,8 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 19 milyon 406 min manat (25,1 dəfə) , səhm əməliyyatları üzrə dövriyyə 896,3 min manat (29,8 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 554 milyon 568 min manat (66,8%) artıb.
Əməliyyat sayında isə 610 ədəd və ya 38,4% azalma qeydə alınıb.