Çin birjalarında cümə günü səhər saatlarındakı itkilərin ardından müsbət dəyişikliklər yaşandı və CSI 300 İndeksi 3.6% artaraq üç günlük zərərdən qurtuldu. Artımda əsasən texnologiya sektoruna yönəlik dəstəyin və Çin Mərkəzi Bankının yeni tədbirlərinin rolu böyük oldu.
Dünyanın böyük çip istehsalçısı üçüncü rübdə rekord mənfəətə nail oldu
FED.az xəbər verir ki, xüsusilə çip istehsalçıları, Semiconductor Manufacturing International Corp. və Cambricon Technologies Corp., 20%-ə yaxın dəyər qazandı.
Prezident Xi Jinping'in elmi-texniki inkişafı Çin modernləşməsinin mərkəzində görməsi investorlara ümid verdi. Eyni zamanda, Çin Mərkəzi Bankı, səhmlərin geri alınması və səhmlərin alınması üçün likvidlik təklifi məqsədilə xüsusi kreditləşmə vasitələri tətbiq etməyə başladı. Bu, sentyabrda elan edilən tədbirlərin artıq həyata keçdiyini göstərir.
Lakin, bəzi mütəxəssislər fiskal xərclərin də eyni dərəcədə genişləndirilməyəcəyi təqdirdə, bu artımın məhdud qala biləcəyini bildirirlər. Ölkədəki iqtisadi artım yavaşlamaqdadır və ev qiymətləri ardıcıl 16 aydır ki, azalmağa davam edir. Buna baxmayaraq, bəzi investorlar bazarın cəlbedici olduğunu və alış fürsəti yarandığını düşünürlər.