CBMI Construction CO. LTD Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1023 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 18-ci km, ev 5 ünvanına bildirə bilərlər.
CBMI Construction Co. Ltd mühəndis tikinti xidmətləri ilə məşğul olan şirkətdir.
Qeyd edək ki, şirkət 2 dekabr 2008-ci ildə yaradılıb. Qanuni təmsilçisi Bao Tiandır.