2025-ci ilin yanvar–iyun aylarında Capital Partners İnvestisiya Şirkəti QSC-nin Bakı Fond Birjasında həyata keçirdiyi əməliyyatlarda ciddi azalmalar müşahidə olunub.
«CPM-İnvest»in əməliyyat həcmi kəskin azalıb - RƏQƏMLƏR
ARMB qiymətli kağızları üzrə dövriyyə 2024-cü ilin müvafiq dövründə 47,9 milyon manat olduğu halda, 2025-ci ildə bu göstərici 4,95 milyon manata düşüb. Bu, təxminən 43 milyon manatlıq azalmanı və 89.7%-lik geriləməni göstərir.
Korporativ istiqrazlar üzrə isə 2024-cü ildə 14,88 milyon manatlıq əməliyyat aparılıb, 2025-ci ildə isə bu məbləğ 14,65 milyon manata azalıb. Beləliklə, bu seqmentdə də 233 min manatlıq azalma, yəni təxminən 1.5% kiçilmə baş verib.
Səhm bazarında isə şirkətin əməliyyat həcmi sıfıra enib. 2024-cü ilin ilk yarısında 3,92 milyon manatlıq səhm əməliyyatı həyata keçirən “Capital Partners” 2025-ci ildə bu seqmentdə heç bir ticarət etməyib. Bu, 100%-lik azalma deməkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.